Marselo daha 5 il “Real”da

Madridin “Real” klubu futbolçusu Marselo ilə müqaviləni yeniləyib.

Offside.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçinin yeni müqavilə müddəti 2022-ci ilin iyun ayına qədərdir. Sözləşmənin şərtləri haqda məlumat verilməyib.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2007-ci ildən “Real”da çıxış edir.

39 baxış