Lemparddan “Qarabağ” üçün ağır ifadələr

İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Frenk Lempard “zadəganlar”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la keçirdiyi oyun barədə danışıb.

Offside.com.az-ın məlumatına görə, hazırda yayımçı BT Sport telekanalının eksperti kimi çıxış edən London təmsilçisinin keçmiş kapitanı Ağdam komandasının çıxışından narazılıq ifadə edib.

Lempardın fikrincə, “Qarabağ” heç vaxt “Çelsi” ilə eyni səviyyədə ola bilməz: “Onlar qılıncın küt tərəfini qaldırmışdılar. Çox pis, dəhşət doğuracaq müdafiə taktikası seçmişdilər. İngiltərənin “Sandey Liqası”nda (daha aşağı səviyyəli həvəskar komandaların yarışdığı liqa) elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar”.

Qeyd edək ki, “Çelsi” “Qarabağ”a 6:0 hesabı ilə qalib gəlib
“Report”.

8. 314 baxış