Kurtuadan “Qarabağ”la oyunda 5 ildən sonra ilk

“Çelsi”nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının tarixində 5 ildən sonra bir ilkə imza atıb.

Offside.com.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ÇL-in qrup mərhələsinin birinci turunda “Qarabağ”a qarşı matçda (6:0) komandasının ikinci qolunun ötürməsini edib. Bununla da belçikalı qolkiper ÇL tarixində 5 ildən sonra qol ötürməsi verən ilk qapıçı olub.

Qeyd edək ki, sonuncu dəfə ÇL tarixində 2012-ci ildə məhz T.Kurtua qol ötürməsi etmişdi.

47 baxış