Azərbaycanda qış “transfer pəncərəsi”nin vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında qış “transfer pəncərəsi”nin vaxtı məlum olub. Offside.com.az saytının məlumatına görə, ölkə futbolunda növbəti keçid dövrü 2018-ci ilin yanvarında açılacaq.

Yeni ilin 13-cü günündən futbolçuların keçidini rəsmiləşdirmək imkanı qazanacaq klubların 4 həftə vaxtı olacaq. Belə ki, “pəncərə” fevralın 9-da bağlanacaq.

Qeyd edək ki, sonuncu transfer dövrü 2017-ci il iyunun 10-dan sentyabrın 1-dək olan müddəti əhatə etmişdi.

19 baxış