“Qarabağ”ın oyununda məşhur simalar

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında “Çelsi” ilə qarşılaşır. Offside.com.az saytı xəbər verir ki, hazırda ikinci hissəsi oynanılan matçı tanınmış simalar da izləyir.

London təmsilçisinin Surreydəki təlim-məşq bazasında keçirilən qarşılaşmanı “Çelsi”nin sabiq futbolçuları Co Koul və Paulo Ferreyra da seyr edirlər.

2003-2010-cu illərdə “zadəganlar”ın formasını geyinmiş Koul hazırda ABŞ-ın “Tampa-Bey Raudis” klubunda çıxış edir. Futbolçu karyerasını “Çelsi”də bitirən Ferreyra isə hazırda London təmsilçisinin səfiridi.

Apasport.az

90 baxış