“Çelsi”yə yubiley “bağışlayın”

İngiltərənin “Çelsi” klubu Azərbaycan çempionu “Qarabağ”la qarşılaşmada xoşagəlməz hadisə yaşaya bilər. Offside.com.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun London təmsilçisinin tarixinə uğursuz yubileylə düşməsi mümkündü. Məsələ ondadı ki, “göylər” indiyədək 49 avrokubok matçında uduzub. “Çelsi”nin növbəti məğlubiyyəti yubiley – 50-ci olacaq.

Çoxları “Qarabağ”ın qələbəsinə inanmasa belə, komanda öz qüvvəsinə əmindi və sensasiyanın gerçəkləşməsi mümkündü. Çempionumuz bunu bacarsa, 26-cı avrokubok mövsümünə başlayan britaniyalılar 232-ci görüşündə “50”yə çatacaq.

 

“Çelsi” indiyədək keçirdiyi 231 matça 121 qələbə qazanıb, 61 heç-heçə edib və 49 dəfə uduzub. London klubu avrokuboklarda 1958-ci ildə debüt edib.

apasport.az

180 baxış