Messi, Kasilyas, Ronaldo və başqaları

Çempionlar Liqasının qrup mərhələsinin rekordları açıqlanıb. Offside.com.az Apasport.az-a istinadən xəbər verir ki, UEFA yeni mövsümün startı öncəsi qrup mərhələsi ilə bağlı diqqətçəkən məqamların siyahısını tərtib edib.

Hər il tərtib edilən bu siyahı Azərbaycan üçün əvvəlkilərdən fərqlidi. Çünki həmişə bu rekordlar bizə yad sayılan turnirlə bağlı idisə, “Qarabağ”ın yarışda, yəni əsas mərhələdə debütü azarkeşlərimiz üçün daha doğmaya çevirib. Çünki artıq təmsilçimiz bu rekordların əhatəsindədi və adını bu siyahıya daxil etmək imkanına malikdi.

 

Futbolçular

Ən çox oyun – İker Kasilyas – 87

Ən çox qol – Lionel Messi – 57

Ən yüksək məhsuldarlıq – Lionel Messi – 1,00 (57 oyunda 57 qol)

Ən çox mövsüm – İker Kasilyas – 19

Bir oyunda qol – Luis Adriano – 5 (21.10.2014. BATE – “Şaxtyor” – 0:7)

Bir mövsümdə qol – Kriştianu Ronaldo – 11 (2015/16)

 

Sürət rekordu

Erkən qol – Conas – 10,96 saniyə (01.11.2011. “Valensiya” – “Bayer” – 3:1)

Erkən avtoqol – İniqo Martines – 2 dəqiqə 9 saniyə (23.10.2013. “Mançester Yunayted” – “Real Sosyedad” – 1:0)

Erkən het-trik – Bafetimbi Qomis – 8 dəqiqə (07.12.2011. “Dinamo” Zaqreb – “Lion” – 1:7)

 

Yaş rekordları

Ən gənc – Selestin Babayaro -16 yaş 87 gün (23.11.1994. “Anderlext” – “Styaua” – 1:1)

Ən gənc qol müəllifi – Peter Ofori-Quaye – 17 yaş 195 gün (01.10.1997. “Rusenborq” – “Olimpiakos” – 5:1)

Ən yaşlı – Marko Ballotta – 43 yaş 253 günlük (11.12.2007. “Real” – “Latsio” – 3:1)

Ən yaşlı qol müəllifi – Françesko Totti – 38 yaş 59 günlük (25.11.2014. MOİK – “Roma” – 1:1)

 

Klublar

Ən çox mövsüm – “Barselona”, “Real”, “Porto” – 22

Qrupda ən çox xal – “Milan” (1992/93), PSJ (1994/95), “Spartak” (1995/96), “Barselona” (2002/03), “Real” (2011/12 və 2014/15) – 18 xal

Ən az xal – 19 dəfə – 0 xal (sonuncular – “Dinamo” Zaqreb və “Brügge” – 2016/17)

Mövsümdə ən çox – “Borussiya” Dortmund – 21 (2016/17)

Mövsümdə ən az qol – “Deportivo” (2004/05), “Makkabi” Hayfa (2009/10), “Dinamo” Zaqreb (2016/17) – 0

Mövsümdə ən çox qol buraxmaq – BATE (2014/15), “Legiya” (2016/17) – 24

 

Oyunlar

Ən məhsuldar – 22.11.2016. “Borussiya” Dortmund – “Legiya” – 12 qol (8:4)

Ən böyük hesab – 06.11.2007. “Liverpul” – “Beşiktaş”, 08.12.2015. “Real” – “Malmö” – 8:0

Ən məhsuldar heç-heçə – 13.09.2000. “Hamburq” – “Yuventus”, 20.10.2015. “Bayer” – “Roma” – 4:4

1. 145 baxış