Prosineçki Sumqayıtda

Topaz Premyer Liqanın 4-cü turunun “Sumqayıt” – "Neftçi" oyununu milli komandamızın baş məşqçisi Robert Prosineçki də izləyir. Offside.com.az-ın xəbərinə görə, xorvatiyalı məşqçi Sumqayıtdakı arenaya gedib. Qeyd edək ki, Prosineçki məzuniyyətdə olduğundan xeyli vaxt idi Premyer Liqamızın ilk turlarının oyunlarına canlı baxmırdı.

“Sumqayıt” – “Neftçi” – heyətlər

Topaz Premyer Liqanın 4-cü turunun bu gün keçiriləcək “Sumqayıt” - “Neftçi” matçında heyətlər müəyyənləşib. Offside.com.az-ın xəbərinə görə, komandalar oyuna aşağıdakı tərkibdə çıxacaqlar: “Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı,

“Real” Benzemadan sonra onu da itirə bilər

“Real”ın braziliyalı müdafiəçisi Marselo ağır cəzaya məruz qala bilər. Offside.com.az saytının məlumatına görə, sol cinah müdafiəçisi İspaniya çempionatının 3-cü turunda “Levante” ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə alıb. O, rəqib futbolçu Cefferson Lermunun sinəsinə təpiklə zərbə vurduğu üçün meydandan qovulub. İspaniya mətbuatında yer alan xəbərlərə görə, Marselonu 4 oyunluq cəza

Reynaldonun yeni klubunun adına aydınlıq gəldi

“Qarabağ”ın keçmiş braziliyalısı Reynaldo Silvanin yeni klubu müəyyənləşib. Offside.com.az saytının məlumatına görə, Türkiyənin “Adanaspor” klubundan ayrılan hücumçu karyerasını İsveçrədə davam etdirəcək. Türkiyə mətbuatında yer alan xəbərlərdə “sambaçı”nın “Yanq Boyz”la anlaşdığı qeyd olunub. Transfer dönəmində də bu klubla danışıqlar aparan və keçidi sağlıq səbəblərindən baş tutmayan oyunçu ilə danışıqlar yenidən

Mourinyo onun əlini sıxmadı (Video)

Premyer Liqanın 4-cü turunun dünən “Stok Siti”yə qarşı keçirilən oyunundan (2:2) sonra “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo həmkarı Mark Hyuzun əlini sıxmayıb. Offside.com.az-ın xəbərinə görə, Mark Hyuzdan fərqli olaraq, Mourinyo onun köməkçiləri ilə görüşüb. “MY” çalışdırıcısı bu hərəkəti isə “Stok Siti”nin 53 yaşlı uelsli baş məşqçisnin etirazına səbəb olub. Oyundan sonra

Hazard “Qarabağ”a qarşı oynayacaqmı? – Kontedən açıqlama

Zədəsi səbəbindən uzun müddətdir “Çelsi”yə kömək edə bilməyən Eden Hazard dünən Premyer Liqanın 5-ci turunda “Lester”lə səfər matçında meydana çıxıb. Offside.com-ın xəbərinə görə, London təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi matçda belçikalı futbolçu 78-ci dəqiqədə Sesk Fabreqası əvəzləyərək oyuna daxil olub. London klubunun saytı “Çelsi”nin baş məşqçisi Antonio Kontenin 26 yaşlı yarımmüdafiəçini

Kamran ehtiyata göndərildi

Milli komandamızın qapıçısı Kamran Ağayevin klubu olan “Mlada Boleslav” bu gün Çexiya çempionatnda 6-cı turun oyununa çıxıb. Offside.com.az-ın xəbərinə görə, onun komandası “Zbrojovka Brno”nu qəbul edir. Bakı vaxtı ilə saat 17.00-da başlanan matçda K.Ağayev ehtiyat oyunçular sırasında yer alıb. Qeyd edək ki, 5-ci turda “Slaviya” (Praqa) səfər matçında (0:4) K.Ağayev rəsmi debüt

“Dağıstanlıları, türkləri gətirib doldurublar milli komandalara”

Dünən Topaz Premyer Liqasının “Qəbələ” – “Zirə” matçından sonra meydan sahiblərinin əhvalı yerində deyildi. Bu da başadüşüləndi. Bu turadək xal itkisinə məruz qalmayan qonaqlarla matçda 3 xalı hədəfləyən “qırmızı-qaralar” yalnız son dəqiqələrdə vurulan penalti ilə məğlubiyyətdən qurtulmağı bacardılar. Görüşdən sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov verdiyi müsahibədə tək dünənki görüşlə bağlı

“Yuventus” “Barselona” ilə oyuna üç ciddi itki ilə çıxacaq

“Yuventus”un üç əsas futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin “Barselona”ya qarşı keçiriləcək ilk oyununu buraxacaq. Offside.com.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda klubun baş məşqçisi Massimiliano Alleqri məlumat verib. O deyib ki, Sami Xedira və Klaudio Markizio zədə, Xuan Kuadrado isə cəza səbəbindən bu matçda iştirak etməyəcək. Xatırladaq ki, “Barselona” –