Ukrayna millisinin üzvü Türkiyə klubunda

Türkiyə Superliqasında mübarizə aparan “Sivasspor” Ukrayna millisinin və Kiyev “Dinamo”sunun futbolçusu Sergey Rıbalkanı transfer edib.

Offside.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, Rıbalka ötən mövsüm Ukrayna klubunun heyətində 34 oyunda 1 qol vurub.

49 baxış