Perişiç “İnter”lə müqaviləni artırdı

İtaliyanın “İnter” klubu futbolçusu İvan Perişiçlə müqaviləni yeniləyib.

Offside.com.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Xorvatiyalı yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin iyun ayına qədər uzadılıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2015-ci ildən Milan təmsilçisində çıxış edir. Bu müddət ərzində 71 oyuna çıxan Xorvatiya millisinin üzvü 19 qol vurub.

16 baxış