“Qarabağ”ın rəqibinin oyunu təxirə salındı

İtaliya A Seriyasının 3-cü turunda sabah keçirilməli olan “Sampdoriya” – “Roma” oyunu təxirə salınıb. Offside.com.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, əlverişsiz hava şəraiti səbəbindən matçın başqa vaxtda keçirilməsi qərara alınıb. Görüşün yeni vaxtı qarşıdakı günlərdə müəyyənləşəcək. Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə eyni qrupda mübarizə aparacaq.

Bakıda “Qarabağ”ın Londondakı oyunu üçün 400-dək bilet satılıb

"Qarabağ”ın “Çelsi”yə qarşı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirəcəyi oyun üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb. Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Bakıya göndərilən biletlərin sayı 400-ə yaxın olub. Ancaq bu o demək deyil ki, 400 azarkeşin hamısı Bakıdan İngiltərəyə gedəcək. Alınan biletlərdən xarici ölkəyə göndərilənləri də

Mane Premyer Liqanın birincisi oldu

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Offside.com.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Liverpul"un yarımmüdafiəçisi Sado Mane ötən ayın ən yaxşı oyunçusu seçilib. Qeyd edək ki, S.Mane avqustda 3 oyuna 3 qol vurub.

Perişiç “İnter”lə müqaviləni artırdı

İtaliyanın “İnter” klubu futbolçusu İvan Perişiçlə müqaviləni yeniləyib. Offside.com.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Xorvatiyalı yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin iyun ayına qədər uzadılıb. Qeyd edək ki, 28 yaşlı futbolçu 2015-ci ildən Milan təmsilçisində çıxış edir. Bu müddət ərzində 71 oyuna çıxan Xorvatiya millisinin üzvü 19 qol vurub.

Premyer Liqamızda 4-cü turun – hakim təyinatları

Topaz Premyer Liqasında 4-cü turun hakim təyinatlar açıqlanıb. Offside.com.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, turun mərkəzi oyunu olan "Qəbələ" - "Zirə" matçını FİFA referisi Ömər Paşayev idarə edəcək. 9 sentyabr (şənbə) “Qəbələ” – “Zirə” Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov Qəbələ şəhər stadionu, 20:30 (CBC Sport/canlı) “İnter” – “Kəpəz” Hakimlər: Əliyar Ağayev,

“Qarabağ”ın futbolçusunun Qrantla görüşünün səbəbi məlum oldu

“Çelsi”nin sabiq baş məşqçisi Avram Qrantın Bakıda “Qarabağ”ın polşalı futbolçusu Kuba ilə görüşünün səbəbi məlum olub. Offside.com.az xəbər verir ki, Ağdam klubunun yeni tranferi sabiq komandası “Legiya”nın əlil azarkeşləri üçün hazırlanan xeyriyyə layihəsində Qrantdan dəstək istəyib. Uzun illər “Legiya”nın kapitanı olan 31 yaşlı müdafiəçi komandanın “Əlil fanatlar” qrupunun 15 üzvünü “Qarabağ”ın

İtaliyanın ən yüksəködənişli məşqçisi kimdir?

İtaliya “A” seriyasının ən yüksəködənişli məşqçilərinin siyahısı müəyyənləşib. Offside.com.az xəbər verir ki, reytinqə “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri başçılıq edir. “Qoca Sinyora”nın çalışdırıcısının illik qazancı 7 milyon avrodur. Siyahıda ikinci yeri “İnter”in baş məşqçisi Luçano Spaletti tutur. O, ildə 4 milyon, “Milan”ın baş məşqçisi Vinçentso Montella isə 3 milyon avro qazanır. Çempionlar

FİFA reytinqi: Millimiz xeyli gerilədi

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Offside.com.az xəbər verir ki, sentyabrın 14-də dərc olunacaq siyahının təxmini variantı bəllidi. Avqust cədvəli ilə müqayisədə təxmini siyahıda bir çox dəyişikliklər olub. Buna DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəb olub. Dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib. Norveçə 0:2 hesabı ilə uduzub, San-Marinonu 5:1

UEFA “Azərsun Arena”nın adını dəyişdirdi

UEFA Gənclər Liqasında qrup mərhələsinin 1-ci dövrəsinin təqvimi açıqlanıb. Offside.com.az-ın xəbərinə görə, C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atletiko” ilə görüşlərinin də vaxtı və yeri müəyyənləşib. Rəşad Sadıqovun baş məşqçi olduğu təmsilçimiz ilk olaraq İngiltərədə "Çelsi" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:05-də başlayacaq. Rəqiblərini “Azərsun Arena”da qəbul