“Qarabağ”ın rəqiblərinin “yay bazarlığı”: Kimi alıb, kimi satdılar?

Avropada yay transfer mövsümü başa çatdı. Apasport.az saytının məlumatına görə, bir sıra klublar səs-küylü keçidlərə imza atsalar da, bu şansdan yararlana bilməyən komandalar da oldu. UEFA-nın rəsmi saytı Çempionlar Liqasında mübarizə aparacaq klubların hansı oyunçuları heyətə cəlb etdikləri, hansıları satdıqları ilə bağlı geniş məqalə hazırlayıb. Azərbaycan çempionu “Qarabağ”ın C qrupundakı rəqiblərinin “yay bazarlığı”nı təqdim edirik.

 

Nəzərinizə çatdıraq ki, UEFA-nın verdiyi cəza səbəbindən “Atletiko” bu “pəncərə”ni transfersiz başa vurmalı olub. Komanda heyətə oyunçu cəlb edə bilməsə də, bir neçə futbolçusu ilə vidalaşmalı olub.

 

“Atletiko Madrid” (İspaniya)

Gələnlər: Yoxdu

 

Gedənlər: Tyaqo (müqaviləsi ləğv edilib), Oliver Torres (“Porto”, icarə müddəti uzadıldı), Alessio Sersi (müqaviləsi ləğv edildi), Teo Hernandez (“Real” Madrid), Rafael Santos Borre (“River Plate”), Matias Kranevitter (“Zenit”)

 

“Çelsi” (İngiltərə)

Gələnlər: Villi Kabalyero (“Mançester Siti”), Antonio Rüdiger (“Roma”), Timo Bakayoko (“Monako”), Alvaro Morata (“Real” Madrid), Danni Drinkwater (“Lester”), Davide Zappakosta (“Torino”)

 

Gedənlər: Asmir Beqoviç (“Bornmut”), Kristian Atsu (“Nyukasl”), Dominik Solanke (“Liverpul”), Xuan Kuadrado (“Yuventus”), Con Terri (“Aston Villa”), Bertrand Traore (“Lion”), Natan Ake (“Bornmut”), Tammi Abraham (“Suonsi”, icarə), Ola Ayna (“Hall Siti”, icarə), Ruben Loftus-Çik (“Kristal Palas”, icarə), Nataniel Çaloba (“Uotford”), Marko van Ginkel (“PSV Eindhoven”, icarə), Lukas Piazon (“Fulhem”, icarə), Kurt Zuma (“Stok Siti”, icarə), Nemanya Matiç (“Mançester Yunayted”), Mario Paşaliç (“Spartak” Moskva, icarə), Kennet Omeru (“Kasımpaşa”, icarə)

 

Roma (İtaliya)

Gələnlər: Hektor Moreno (“PSV Eindhoven”), Rik Karsdorp (“Feyenoord”), Lorenzo Pelleqrini (“Sassuolo”), Maksim Qonalons (“Lion”), Cengiz Ünder (“Başakşehir”), Qreqor Defrel (“Sassuolo”), Aleksandar Kolarov (“Mançester Siti”), Patrik Şik (“Sampdoriya”, icarə)

 

Gedənlər: Muhammed Salah (“Liverpul”), Françesko Totti (karyerasını başa vurub), Seydu Dumbia (“Sportinq”, icarə), Federiko Riççi (“Sassuolo”), Leandro Paredes (“Zenit”), Antonio Rüdiger (“Çelsi”), Ervin Jukanoviç (“Cenoa”), Mario Rui (“Napoli”, icarə), Umar Sadiq (“Torino”, icarə), Xuan İturbe (“Klub Tixuana”, icarə)

 

Qeyd edək ki, “Qarabağ” ilk görüşünü sentyabrın 12-də səfərdə “Çelsi”yə qarşı keçirəcək.

apasport.az

1. 066 baxış