San Marino ilə oyun üçün heyət məlum oldu

Sabah DÇ-2018-in seçmə mərhələsində öz meydanında San Marino ilə qarşılaşacaq milli komandamızın start heyəti bəlli olub. Offside.com.az xəbər verir ki, bu haqda keçirdiyi mətbuat konfransında millinin baş məşqçisi Robert Prosineçki məlumat verib. Millimiz sabahkı oyuna aşağıdakı əsas heyətlə çıxacaq: Səlahət Ağayev – Rəşad Sadıqov, Tərlan Quliyev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə - Rahid Əmirquliyev,

“Biz Bakıdan yaxşı nəticə ilə qayıtmaq istəyirik” – San Marinonun baş məşqçisi

"Şimali İrlandiya ilə görüşün ilk 70 dəqiqəsində qol buraxmamağımız bizim üçün yaxşı göstəricidir. San Marinonun futbol baxımdan böyük perspektivi yoxdur. Əlimizdəki futbolçularla Azərbaycanla görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq". Offside.com.az xəbər verir ki, bunu San Marino milli komandasının baş məşqçisi Pyer Anjeli Manzaroli futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan

Messi “Barselona” ilə müqaviləni uzatmayacaq – iddia

“Barselona”nın hücumçusu Lionel Messi klubla müqavilənin müddətini uzatmayacaq. Offside.com.az xəbər verir ki, bu haqda İspaniyanın “Onda Cero” radiosu məlumat yayıb. Bildirilib ki, gələn ilin iyununda kataloniyalılarla müqaviləsi bitəcək argentinalı ulduz azad agent status almaq və klubu pulsuz tərk etmək niyyətindədir. Qeyd edək ki, bu ilin iyulunda “Barselona” rəsmən bəyan edib ki,

“Qarabağ”ın rəqiblərinin “yay bazarlığı”: Kimi alıb, kimi satdılar?

Avropada yay transfer mövsümü başa çatdı. Apasport.az saytının məlumatına görə, bir sıra klublar səs-küylü keçidlərə imza atsalar da, bu şansdan yararlana bilməyən komandalar da oldu. UEFA-nın rəsmi saytı Çempionlar Liqasında mübarizə aparacaq klubların hansı oyunçuları heyətə cəlb etdikləri, hansıları satdıqları ilə bağlı geniş məqalə hazırlayıb. Azərbaycan çempionu “Qarabağ”ın C qrupundakı

“Everton”dan Runiyə sərt cəza

“Everton” hücumçusu Ueyn Runini şərxoş halda maşın idarə etdiyi üçün cəzalandırıb. Offside.com.az xəbər verir ki, bu haqda Britaniyanın “The Mirror” nəşri məlumat yayıb. Komandanın baş məşçqsi Ronald Kuman bugünlərdə futbolçunun içkili halda polisə yaxalanmasını narazılıqla qarşılayıb. Bu səbəbdən onun iki həftəlik maaşdan – 300 min funtdan (təqribən 326 min avro)

Aqolli qol vurdu Albaniya qalib gəldi (Video)

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb. Offside.com.az xəbər verir ki, komanda doğma meydanda Lixtenşteynlə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin ikinci qolunu A.Aqolli vurub. 34 yaşlı müdafiəçi 78-ci dəqiqədə fərqlənib.

İspaniya İtaliyaya şans vermədi (Video)

DÇ-2018-in seçmə mərhələsində qrup liderliyi üçün önəmli olan oyunda İspaniya-İtaliya qarşılaşması baş tutub. İskonun ön planda olduğu qarşılaşmada ispanlar rəqibinə aman verməyib. (3-0)