“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı

Çempionlar Liqasının qrup mərhələsində yarışacaq “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib. Offside.com.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov heyətə 25 oyunçunun adını daxil edib. Onların sırasında gözlənildiyi kimi komandanın son 3 transferi də var. Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç Müdafiəçilər: 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov,

“Qarabağ”ın yeni transferi Tarik El Yunussi (Video)

"Qarabağ"ın yeni transferi Tarik El Yunussi əsasən yarımmüdafiənin sol cinahında və hücum arxası mövqelərdə də çıxış edir. Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında oynayıb. Ötən ilin yayında isə El Yunussi “Olimpiakos”atransfer olunub. Norveç

“Roma”dan qələbə

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma" yoxlama oyunu keçirib. Offside.com.az xəbər verir ki, İtaliya təmsilçisi "Olimpiko" stadionunda "Şapekoense" ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. "Roma" - "Şapekoense" - 4:1 Qollar: Alessandro Florensi, 29-pen (1:0), Dieqo Perotti, 38 (2:0), Mirko Antonuççi, 42-pen (3:0), 51 (4:0), Alan Ruşel, 56-pen (4:1) Bu matçdan

“Azərbaycanla oyun zamanı “Qarabağ”a keçəcəyimi bilmirdim” – Tarik Elyunussi

“Qarabağ”da işlərimin yaxşı gedəcəyini düşünüb təklifi qəbul etdim. Ancaq nələrin baş verəcəyini yaşayıb görəcəyik”. Offside.com.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Tarik Elyunussi deyib.   Dünən Norveç millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı matçda iştirak edən 29 yaşlı yarımmüdafiəçi son anda “Qarabağ”ın heyətinə cəlb edilib.   Maraqlıdı ki, hücumameyilli futbolçu

Danimarka Polşanı darmadağın etdi (Video)

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında "E" qrupunda növbəti oyunlar keçirilib. Danimarka doğma meydanda qrupun lideri Polşanı qəbul edib. Qarşılaşma skandinaviyalıların 4-0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İngiltərədən asan qələbə (Video)

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında  növbəti oyunlar keçirilib. İngiltərə millisi Maltanın qonağı olub. Qarşılaşma ingilislərin 4-0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz Norveçlə bacarmadı (Video)

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Offside.com.az xəbər verir ki, yığmamız tsikldəki yeddinci oyununda səfərdə Norveçlə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqib ilk qolu penaltidən vurub. Millimizin kapitanı Rəşad Sadıqovun avtoqolu isə matçın yekun nəticəsini müəyyənləşdirib. Bu, millimizin seçmə mərhələdə ardıcıl

Almaniya qələbələrə davam edir (Video)

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. Offside.com.az xəbər verir ki, VII tur çərçivəsində 3 qarşılaşma baş tutub. Qrup lideri Almaniya səfərdə Çexiya ilə qarşılaşıb və bu oyunda 2:1 hesablı qələbə əldə edib. Çexiya – Almaniya - 1:2 Qollar: Darida, 78 - Verner, 4, Hummels, 88