Kluyvertin oğlu “Barselona”da

PSJ-nin 9 yaşlı hücumçusu Şeyn Kluyvert karyerasını “Barselona”da davam etdirəcək.

Offside.com.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, tanınmış hücumçu Patrik Kluyvertin kiçik oğlu Şeyn artıq Kataloniya klubunun uşaq komandasına qoşulub.

Ötən ay Şeyn idman malları istehsalçısı olan şirkətlə müqavilə imzalayan ən gənc Hollandiya vətəndaşı kimi tarixə düşüb. Belə ki, onun 9 yaşı olmasına baxmayaraq, “Nike” gələcəyin ulduzu gözü ilə baxılan futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Patrik Kluyvertin böyük oğlu Castin artıq “Ayaks”ın əsas komandasına cəlb olunur.

100 baxış