Bir tarixin sonunun mümkün ssenarisi

2022-ci il, may ayı.

Barselonada günəşli havadır. Şəhərin butün kuleləri həyəcanlıdılar və səbrsizliklə “Kamp Nou”da “La Liqa”nın sonuncu oyununu gözləyirlər. Bundan başqa, onlar kədərli görsənirlər. Sizə hələ səbəbini bilmirsiniz…

Saat bir dövrəni vurur, vaxt gəldi. Oyunun sonunda daha bir saat qalır. “Barselona” turnir cədvəlində beş xal fərqlə liderdir və nəticədən asılı olmayaraq komanda çempiondur. 

“Kamp Nou” tam olaraq dolub. Yer yoxdur. İnsanlar əsayiş keçikçiləriə yalvarırlar ki, onları içəri buraxsınlar. Yüzlərlə insan kənarda qalıb. Səbəb nədir? Siz hələ bunu bilmirsiniz…

Start heyətlər elan olunur. Həm “Barsa”nın, həm də digər komandanın. Messi əsas heyətdədir. O, yarımmüdafiə xəttindədir, onu heç vaxt olmadığı kimi idarə edir. O, ən yaxşı oyununu göstərmək istəyir, lakin o, çaşqınlı görünür. O, demək olar qaçmır. İlk hissə heç bitməyib, amma o, çox tərləyib. Fasilə…

Yüz mindən çox azarkeş Messi soyunub-geynmə otağında olan zaman Messinin adını uca səslə deyir. Onlar o qədər möhkəm qışqırırlar, onlar Messinin adını dalğalandırırlar. Siz bu səsi düz Madridə qədər eşidə bilərsiniz.. Stadionun kənarında olan yüzlərlə insan da bu səsə qoşulur…

İkinci hissə başlayır. “Barselona” rahat şəkildə oyunu idarə edir, onlar çempiondular. Azarkeşlər hələ də Messinin adını səsləyirlər. Niyə? O, formasını itirib? Onun qol vurmasını istəyirlər? Xeyr… Əgər siz hər azarkeşin səsini bir-bir eşitsəniz, hiss edərsiniz ki, onların səsi əsir. 

Oyunun sonunda on dəqiqə alır, azarkeşlər hələ də Messinin adını dayanmadan qışqırırlar. Kamera yalnız onu çəkir. Gözlərindən yaşlar tökülür. O, onları saxlamağa çalışır. Nəticəsiz…O, hisslərini saxlaya bilmir. Bir anda o, meydanda dayanır və ətrafına baxır. Onu adını səsləndirən yüz min azarkeşə baxır. “Kamp Nou”ya baxır. Komanda yoldaşlarına baxır. Ağlından onun nə keçir? Kim bilər… O, həyatını burada keçirdi. Bu klubda, bu azarkeşlərlə, bu stadionda, bu atmosferada… İndi bəs anlayırsınız, nə üçün o, ağlayır?

Siz bilirsiniz azarkeşlər niyə 90 dəqiqə dayanmadan onun adını qışqırırlar? Xeyr, onlar heç də yorulmayıblar. Onlar bu andan etibarən illərlə bunu edə bilərlə və heç vaxt yorulmazlar. Onlar bütün zamanların ən yaxşı oyunçusunun adını səsləndirirlər. Balaca uşaq futbola yeni ölçü gətirdi, onun kökündən dəyişdi. O, futbolu daha yaxşı etdi. O, gənc oyunçulara və onun oyununu izləməyi sevən hər bir kəsə nümunə oldu…

Üç dəqiqə əlavə edilir. “Barselona” təhlükəli yerdən cərimə zərbəsi vurmağı qazanır. Messi topa yaxındır. Təkdir. Bir neçə addım atır. Astaca nəfəs alır. Ondan çox bu qolu vuran başqası yoxdur. O, zərbə endirir və qol olur… Qapıçının heç bir şansı yox idi. O, qaçmır və qolu qeyd etmir, o, əllərini havaya qaldırır və azarkeşlərə baş əyir. Azarkeşlər də ona baş əyirlər. Onlar Leoya onu təsəvvür etmədiyi ən gözəl və ən yaxşı vidalaşmanı edirlər. Oyun bitir…

“Barselona” “La Liqa” çempionudur. Kapitan Messi karyerasında sonuncu titulu qaldırmağa gedir. Azarkeşlər əsirlər. O, nitq söyləməlidir, lakin o, əsir. Üzü tam göz yaşları ilə örtülüb. Azarkeşlər hələ də onun adını qışqırırlar. Bir neçə dəqiqə sonra onlar dayanırlar. Messi danışır… O, danışır və ağlayır. O, bilir ki, bəlkə də, karyerasının ən pis günüdür. Biraz sakitləşir, danışmağa davam edir. O, yetərincə təşəkkürünü bildirə bilmir. Heç biri. Nə azarkeşlərə, nə də kluba. Nə də onlar Messiyə yetərincə təşəkkürünü edə bilmirlər…

Laki bu gün gəlməli idi. Hər kəs bunu bilirdi. Bəziləri hazır idi, bəzilər yox. Yaxşı olan odur ki, insanlar bu dahi insan haqda illərcə danışacaqlar. Sonsuzluğa qədər. Bu insan futbolu dəyişdir. O, “Bütün Zamanların Ən yaxşısı” mükafatına layiq idi. O, yaxşı nümunə ilə bizi tərk edir. O, daima mehriban və komandasına köklənən birisi olub. Heç zaman individual mükafatlara fikir verməyib, yalnız komandasının titulları qazamağını istəyib və o, bunda uğur qazanıb. O, “Barselona”nı futbol tarixinin  ən çox titula sahib klubu etdi. Bu da məhz onun dahiliyidir…

Biz onun üçün darıxacağıq, indi və uzun müddət. Lakin həyat davam edir. Biz minnətdar olmalıyıq ki, onun zamanında yaşamışıq. Lionel Messinin zamanında. Dünyaya gəlmiş bütün zamanların ən yaxşısının…

Mənbə: FCB AZE

7. 812 baxış