Diktatorların məşqçisinin tarixçəsi

 

“İşə sahib olmağı və işləməyi xoşlayıram və məhz buna görə də hazırda mövcud olanı seçirəm”. Bu cür alman məşqçi Bernd Stranqe seçdiyi və işlədiyi millilər haqda ona ünvanlanan suala cavab verir.  Tale elə gətirib ki, onun işlədiyi ölkələr daha çox diktatorlar tərəfindən və ya dövlət idarəetməsində yetkinliklə bir insan tərəfindən idarə edilir. “Mən çağırışıları, cəlbedici işləri sevirəm, lakin “Liverpul”, “Mançester Yunayted” və “Bayern Münhen” məni komandalarına başçılıq etmək üçün zəng etməyiblər” Stranqe əlavə edir.

Bernd 1948-ci ilə “soyuq müharibə” zamanı bölünmüş Almaniyada, kommunist Demokratik Almaniya Respublikasında (DAR) dünyaya gəlib. O, seçilməz bir oyunçu olub, karyerası bir çoxları kimi zədə səbəbi ilə bitib. Lakin məhz məşqçi kimi Ştanqe Şərqi Almaniyada özü haqda ad edib. Hazırda dördüncü Almaniya divizionunda olan, lakin DAR-ın zamanın aparıcı klublardan olan “Karl Zays Yena” klubunda məşqçilik faəliyyətinə başlayan Ştanqenin karyerası yüksəlişə doğru gedib və  U21 millisinin, daha sonra 1984-1988-ci illər aralığında əsas millinin baş məşqçisi olub.

Almaniya birləşdikdən sonra yeni iş imkanları gəlməyə başlayır. Belə, “Herta Berlin” onu komandaya gətirir ki, “Bundesliqa”da mübarizə aparsın. Lakin Almaniyanın birləşməsi DAR-ın bir çox sənədlərinin deklassifikasiyasını da gətirir. Onların birində deyilir ki, Ştanqe  ‘inofizieller mitarbeiter’ olub. Bizim dildə desəm, o, Ştazinin, yəni DAR-ın mərkəzi kəşfiyyatının qeyri-rəsmi informatoru olub. Sadə dillə desəm, Bernd “qurbağa” idi və şübhəli bildiyi insanların şəxsi məlumatlarını “mərkəzə ötürürdü” və onları bu insanlar barədə məlumatlandırırdı. Bu, onun Qərbi Almaniyada işləmək imkanına zərbə endirir: dərhal bu xəbərlərdən sonra “Herta” onu işdən uzaqlaşdırır.

Məhz həmin an Berd anlayır ki, o, elə yerlərə getməlidir ki, onun polis siyasəti ilə “əməkdaşlıq” keçmişi ona problem yaratmasın. Buna görə də, o, Şərqə qayıdır və indi Almaniyada məşhur olmuş “Leypsiq”in məşqçisi olur və orada yenidən karyerasını qurmağa başlayır. Bu da onu ona heç kəsin sorğu-sual etməyəcəyi Ukraynada bir neçə klubun məşqçiliyinə gətirir, bura hətta “Dnepr” klubu da daxildir: ultrasağın daha güclü tərəfdaşların olan klub.

Yalnız 2001-ci ilə Ştanqe milli komandanın başına keçir. Bu, Oman olur, monarxiyanın və ölkənin başında sultanın olduğu bir ölkə. Sultan Berndin keçmişdə hər hansı diktatorluqla bağlılığının olmasını və ya “mərkəzə” işləməsini problem görmür və onu milliyə dəvət edir.

Qəhrəmanımızın Oman sərgüzəştləri çox çəkmir, bir neçə ay sonra Ştanqenin keçmişini vecinə almayan və Səddam Hüseyn tərəfindən yönətilən İraq onun Omanda məşqçi kimi çalışan oğlu Uday Hüseyn vasitəsi ilə Berndi milliyə gətirir. Ştanqenin hesabına İraq millisi FIFA-da ilk 50-liyə daxil olmağa müvəffəq olur, Asiya Kubokua və Afinadakı Olimpiya Oyunlarına vəsiqə qazanır. Onun idman nailiyyətləri FIFA tərəfindən qiymətləndirilir və İraq futbolunu dirçəlməsindəki işlərə görə mükafatlandırılır.

Ştanqenin İraqdakı həyatı rahat görsənə bilərdi, baxmayaraq ki, müharibə Asiya oyunçularını yalnız öz ölkələridə oynamağa məcbur edirdi. Lakin iki şəkil Berndin bu macərasına son qoydu. Birincidə o, gülərüz düşüb və arxa fonda Səddam Hüseynin rəsmidir. Bu şəkil Səddam rejiminin rəqiblərinin antipatiyasını qazandı, baxmayaraq ki, Ştanqe öz müdafiəsi üçün deyirdi ki, o, şəkil çəkdirəndə arxasındakı rəsmdən xəbəri yox idi və bu, fotoqrafın yalnış çəkiliş tərzi idi. İkincidə isə o, Britaniyanın Xarici işlər naziri Cek Strou ilədir. Bu, Səddam rejiminin tərəfdarlarının xoşuna gəlmədi, onlar britaniyalıları siyasi mənada sevmirdilər.

Bununla da, tezliklə Ştanqe həyatında təcavüzə məruz qalır və millinin məşqçilik postundan istefa verir və Şərqi Avropaya qayıdaraq həmişə olduğu kimi xoş qarşılanır. O, Kiprə gedir, orada klubu ilə ölkə çempionu olur. Orada da çox qalmır və 2005-ci ildə Avropanın az demokratik ölkəsi kimi tanınan Belorusiya onu millinin başına gətirir. 1994-cü ildən “diktator” Aleksandr Lukaşenko tərəfindən idarə edilən Belorusiyadakı situasiya ilə bağlı sual verildikdə Ştanqe yalnız qeyd etdi: “Həyatımda çox şəhərlər görmüşəm və ölkənin paytaxtı Minsk ən təmiz şəhərlərdəndir. Həyat tərzini bəyənirəm və burada qalmağı da xoşlayıram. Öz işimi sevirəm”. 

Ştanqe Belorusiyada dörd il qaldı. Bu ölkədə onun karyerasında əldə etdiyi ən vacib göstəricilər: 2008 Avropa Çempionatı klassifikasiyasında Hollandiyanı məğlub etməsi və yoldaşlıq görüşlərində Argentina və Almaniya ilə heç-heçə etməsi. O, bundan çoxunu əldə edə bilmədi, Avropa futbolundan kənar qaldı və sevdiyi Minski tərk etdi.

Ştanqe karyerasını Sinqapur millisində bitirdi, bu ölkə onun karyerasında “ən demokratik” ölkə olur. O, orada 2013-2016 illər aralışında işlədi və heç bir uğur əldə etmədi. Bundan sonra Ştanqe məşqçilik karyerasının bitdiyini elan etdi. Daima keçmiş millilərinin az demokratiyaya sahib ölkələri barədə soruşulanda, Ştanqe qeyd edirdi: “Mən komunist, kapitalist rejimləri, sulta və diktator üçün işlədim, lakin işim həmişə eyni olub. Həmişə bir şey üçün olub: topu tora daxil etmək”.

314 baxış