“Mançester Yunayted” əfsanəvi futbolçusu ilə yollarını ayırır

“Mançester Yunayted” əfsanəvi futbolçusu Ueyn Runi ilə yollarını ayırmağa hazırlaşır. Offside.com.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı forvard karyerasını vətənində davam etdirəcək.

“Mançester Yunayted”in yay toplanışına cəlb olunmayan Runi keçmiş klubu “Everton”la anlaşıb. Joze Mourinyonun gəlişindən sonra əsasə heyətə düşə bilməyən İngiltərə millisinin kapitanı həftəsonu Liverpula köçəcək.

Onun “qırmızı şeytanlar”la müqavilə müddəti davam etsə də, rəhbərlik ulduz futbolçunun havayı keçidinə razılıq verib. Runinin “Everton”da həftəlik məvacibi 250 min funt-sterlinq olacaq.

Qeyd edək ki, 2004-cü ildə “Everton”dan “Mançester Yunayted”ə keçən Ueyn Runi “mankunianlar”ın tarixinin ən məhsuldar futbolçusudu. 559 matçda 253 qola imza atan Runi buna qədər 2 il (2002-2004) formasını geyindiyi “Everton”un heyətində 90 görüşdə 25 dəfə fərqlənib.

111 baxış