Millimiz Qətəri məğlub etdi

Bu gün milli komandamız növbəti oyununu keçirib. Offside.com.az xəbər verir ki, yığmamız yoxlama oyununda Qətərlə üz-üzə gəlib.  DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçiriləcək görüşə hazırlıq xarakteri daşıyan bugünkü matç yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, Robert Prosineçkinin komandasının 2017-ci ildəki ilk oyunu olub.


20:00. Qətər – Azərbaycan – 1:2
Qol:
Tərlan Quliyev, 51 (0:1), Baqer Əli Əsəd, 54 (1:1), Araz Abdullayev, 62 (1:2)

110 baxış