“Kəpəz”dən antirekord

“Kəpəz” Azərbaycan Premyer Liqasında mövsümün antirekordunu təkrarlayıb. Offside.com.az Apasport.az saytınıa istinadən xəbər verir ki, Gəncə təmsilçisi mövsümdə 5-ci qırmızı vərəqəsini alıb.
“Qəbələ” ilə ev oyununda birbaşa meydandan qovulan Nicat Qurbanova qədər “Kəpəz”in 3 üzvü 4 dəfə qırmızıya layiq görülmüşdü. Renan Silva 2, Kərim Diniyevlə Tural Axundov hərəyə 1 dəfə cəzalanmışdı.
“Kəpəz” hamıdan çox – AZAL kimi 5 dəfə qırmızı vərəqə alıb. “Neftçi” və “Qəbələ” hərəyə 3, “Zirə” 2 dəfə cəzalanıb. “Qarabağ”la “İnter”in hərəsinin 1 üzvüe analoji cəzaya məruz qalıb. “Sumqayıt” isə arxada qalan 20 turda 10 oyunçu ilə qalmayıb.
Qeyd edək ki, qırmızı vərəqələrin ümumi sayı 20-di.
49 baxış