A Seriyasında ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib

İtaliya A Seriyasında 20152016 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Offside.com.az xəbər verir ki bu ada "Yuventus"un mərkəz müdafiəçisi Leonardo Bonuççi layiq görülüb. Qeyd edək ki, 2010-cu ildən "Yuventus"un heyətində çıxış edən 29 yaşlı müdafiəçi 212 oyunda 13 qol vurmağı bacarıb.

Hamit Altıntop yenidən Bundesliqada

“Qalatasaray”ın futbolçusu Hamit Altıntop karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Offside.com.az xəbər verir ki milli komandanın keçmiş üzvü “Darmştadt”la anlaşıb. 34 yaşlı futbolçunun bu gün tibbi müayinədən keçib. Qeyd edək ki, bir zamanlar "Real", "Bavariya" və "Şalke"də çıxış etmiş Altıntopun xidmətində Türkiyənin “Göztəpə” və “Rizəspor” klubları maraqlı idi.

“Bavariya”da ciddi itki

Son Almaniya çempionu "Bavariya" ciddi itki ilə qarşılaşıb. Offside.com.az xəbər verir ki, komandanın fransalı ulduzu Frank Riberi zədələnib. Futbolçu zədə səbəbiylə 1 aylıq yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki, Riberi bu mövsüm 18 oyunda 2 qol vurub və 11 qolun ötürməsini verib.

İtalyan müdafiəçi İngiltərə Premyer Liqasında

"Hall Siti" İtaliya "İnter"inin futbolçusu Andrea Ranokkiyanı icarəyə götürüb. Offside.com.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi İngiltərə klubunda çıxış edəcək. Qeyd edək ki, Ranokkiyanı "Zenit" də transfer etmək istəyirdi. Ancaq o, İngiltərəni seçib.

MƏRC: Günün oyunu

Üst-üstə 3 rəsmi matçda qol buraxmadan qalib olduqdan sonra həftə sonunda FA Cupda "Arsenal"ı qəbul edən "Sauthempton" 5-0 uduzaraq hamını təəccübləndirdi. Bu intizamlı və inkişafll komandanın belə fərqli bir məğlubiyyət azərkeşlərini də də təəccübləndirdi. İndi liqaya qayıdırlar və o məğlubiyyəti unutdurmaq niyyətindədirlər. "Suonsi" isə son oyunda Liverpulu debütdə 3-2 qalib

“Beşiktaş” eks hücumçunu qaytardı (RƏSMİ)

Offside.com.az xəbər verir ki son çempion "Beşiktaş" heyətini gücləndirib. 2014-2015 mövsümündə "qara qartallar"ın heyətində çıxış edən Demba Ba yenidən kluba qayıdıb. Müqaviləyə əsasən o mayın 31-nə kimi "Beşiktaş"ın heyətində icarə əsasında oynayacaq. 2015-ci ildə "Beşiktaş"ı tərk edən 31 yaşlı hücumçu "Şanxay Şenxua"da keçirdiyi 29 oyunda 20 qol vurmağı bacarıb.

Leroy Corcun yeni klubu müəyyənləşdi

Türkiyənin "Göztəpə"  klubundan qovulan "Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun yeni klubunun adına rəsmən aydınlıq gəlib. Offside.com.az xəbər verir ki, Surinam əsilli hollandiyalı futbolçu karyerasını yenə Türkiyədə davam etdirəcək. O, I liqada mübarizə apran "Adana Dəmirspor" klubu ilə münasibətlərini rəsmiləşdirib. Bu haqda klubun rəsmi səhifəsi məlumat yayıb. Qeyd edək ki, Leroy Corc ötən mövsümün

“Sevilya”da yeni müqavilə

"Sevilya" aparıcı futbolçularından biri olan Stiven Nzonzi ilə müqavilə müddətini artırıb. Offside.com.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə yeni 3 illik müqavilə imzalanıb. 2015-ci ildən "Sevilya"ya qoşulan Nzonzi keçirdiyi 42 oyunda 5 qol vurmağı bacarıb.

“Real”ın eks futbolçusu rəsmən La Liqada

PSJ-in hücumçusu Xese Rodriqes yenidən La Liqada çıxış edəcək. Offside.com.az xəbər verir ki, ispaniyalı futbolçu “Las Palmas”a icarəyə verilib. O, mövsümün sonuna qədər İspaniya klubunda çıxış edəcək. Qeyd edək ki, 25 yaşlı futbolçu ötən ilin avqust ayında “Real”dan PSJ-yə transfer edilib. Futbolçu "PSJ"də çıxdığı 10 oyunda 1 qol vurmağı bacarıb.

ÇL iştirakçılarının qış “bazarlığı”

Avropada qış “transfer pəncərəsi”nin son günüdü. Offside.com.az Apasport.az-a istinadən xəbər verir ki, komandalar bu gün son keçidlərini reallaşdıra bilərlər. Qış fasiləsi zamanı ən çox diqqət Çempionlar Liqasında (ÇL) mübarizəni davam etdirən klubların üzərində olub. Gələn ay ÇL-in 1/8 final mərhələsində oyunlara çıxacaq 16 klub bu dönəmi o qədər də fəal keçirməyib.