Fransalı hücumçu Azərbaycan çempionatında

“Zirə” daha bir futbolçu heyətinə cəlb edib. Offside.com.az xəbər verir ki, fransalı hücumçu Ben Sanqare ilə ilyarımlıq müqavilə imzalanıb. “Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı hücumçu aşağı liqa klublarında oynayıb. qol.az

Reynaldo debüt etdi

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo yeni klubu "Adanspor"da ilk oyununa çıxıb. Offside.com.az xəbər verir ki, braziliyalı hücumçu Türkiyə superliqasının 19-cu turunda "Kasımpaşa" ilə matçda debüt edib. O, qarşılaşmanın 63-cü dəqiqəsində meydana daxil olub və qolsuz meydanı tərk edib. "Adanaspor" isə görüşdən 2-0 hesablı qələbə ilə ayrılıb.

Ramil Şeydayev Hollandiya klubunda?

"Trabzonspor"da əsas heyətə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayevin yeni klubunun adına böyük ölçüdə aydınlıq gəlib. Offside.com.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc hücumçu karyerasını Hollandiyada davam etdirə bilər. Belə ki, onun xidmətində "Qoi Exed" klubu maraqlıdır. Əgər tərəflər arasında danışıqlar baş tutsa, Şeydyev sabah yeni klubu ilə münasibətlərini

Mourinyo imtina etdi

Çin klubların biri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya təklif göndərib. Offside.com.az Qol.az-a istinadən xəbər verir ki, ancaq portuqaliyalı mütəxəssis yüksək məbləğli təklifi müsbət cavablandırmayıb. Məlumatı J.Mourinyonun özü də təsdiqləyib. Həmin klubun adını açıqlamaq istəməyən təcrübəli baş məşqçi Çində işləmək üçün hələ tez olduğunu bildirib. Qeyd edək ki, J.Mourinyo bu ilin yayından "MY"nı

Kolaşinats London klubuna transfer oluna bilər

"Şalke" Helzenkirhen klubunun müdafiəçisi Sead Kolaşinats karyerasını İngiltərədə davam etdirə bilər. "Sky Sports"un yaydığı məlumata görə, "Çelsi" klubu bosniyalı futbolçunun transferində israrlıdır. Almanlar isə oyunçunu satmaq istəmir. Kolaşinatsın müqaviləsi bu ilin yayında bitir.

Dünyanın 10 komandasından biri – “Qarabağ”

“Qarabağ” Premyer Liqada keçirdiyi ev oyunlarındakı məğlubiyyətsizlik seriyasını 31-ə çatdırıb. Offside.com.az Apasport.az-a istinadən xəbər verir ki, XV turun “Neftçi” ilə oyununda hakimin şübhəli idarəçiliyi ilə məğlubiyyətdən qaçıb, 1:1 hesablı heç-heçəyə imza atan Qurban Qurbanovun komandası 2 ilə yaxındı öz meydanında yenilmir. Əyalət klubu son ev məğlubiyyətini 2014/15 mövsümündə alıb. 2015-ci il

Sabiq “Qarabağ”lı qovuldu

Türkiyə I Liqasında mübarizə aparan "Göztəpə" klubu futbolçusu Leroy Corcla yollarını ayırıb. Offside.com.az xəbər verir ki, bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Surinam əsilli hollandiyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Leroy karyerasını digər I liqa təmsilçisi "Adana Dəmirspor"da davam etdirəcək.

“Cenoa” “Vilyarreal”ın transfer təklifini rədd etdi

"Cenoa" klubu "Vilyarreal"ın Covanni Simeone üçün göndərdiyi təklifi rədd edib. Bu haqda "Goal" məlumat yayıb. Argentinalı məşqçi Dieqo Simeonenin oğlu olan 21 yaşlı Covanni üçün ispan klubu 20 milyon avro ödəməyə hazır idi. "Cenoa" rəhbərliyi isə bu məbləği çox aşağı hesab etdiyi üçün təklifə müsbət yanaşmayıb. Bu mövsüm "A Seriyası"nda 20

Lallana mükafata layiq görüldü

İngiltərə yığmasının və "Liverpul" klubunun yarımmüdafiəçisi Adam Lallana 2016-cı ilin ən yaxşı ingilis oyunçusu adına layiq görülüb. Futbolçu bu mükafatı əldə etmək uğrunda mübarizədə Ceymi Vardi və Ueyn Runiyə qalib gəlib.  Bundan əvvəlki son 3 ildə bu mükafatı Runi (2) və Cerrard qazanmışdı. "Sauthempton"un oyunçusu Natan Redmond isə ən yaxşı