“Ümid edirəm mənə məşqçilik qismət olacaq”

“Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi öz gələcək planları haqda danışdı. O, futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmağı planlaşdırdığını söylədi:
“İllər keçdikcə növbəti il gələcəyin haqda daha çox düşünməyə başlayırsan. Futbolçu karyeramı bitirdikdən sonra özümü məşqçilikdə sınamaq istərdim. Ömrümü futbola sərf etmişəm və başqa bir sahədə çalışmaq istəmirəm. Ümid edirəm mənə məşqçilik qismət olacaq”.
59 baxış