Leo Messiyə cərimə zərbələrini kim öyrədib?

“Barsa”nın əsas hücumçusu olan Leo Messi, klub tarixində cərimə zərbələrini yerinə yetirməkdə ən böyük mütəxəssis elan olunmaq üzrədir. Hollandiyalı Ronald Koeman kimi Messi 26 cərimə zərbəsini mükəmməl yerinə yetirməyə nail olmuşdur. Keçən həftələrdə "Kral Kuboku"nun 1/8 final oyununda “Atletik Klub”a qarşı keçirilən görüşdə Leonun yerinə yetirdiyi zərbə bütün dünyada böyük səs-küyə

“PSJ”nin hücumçusu İngiltərə Premyer Liqasında

İngiltərənin “Midlsbro” klubu heyətinə yeni futbolçu cəlb edir. Offside.com.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSJ-in hücumçusu Xese Rodriqesi mövsümün sonuna qədər icarəyə götürəcək. Qeyd edək ki, ispaniyalı hücumçu ötən ilin avqust ayında “Real”dan PSJ-yə transfer edilib.

Mario Balotelliyə görə stadiona girişi qadağan edildi

Fransanın "Bastiya" klubu azarkeşlərindən birini cəzalandırıb. Offside.com.az xəbər verir ki, komanda azarkeşlərindən birinin bütün abunəlik kartlarının ləğv edildiyini açıqlayıb. Klub fanatın adını açıqlamasa da, həmin şəxsin stadiona girişinə qadağa qoyulduğunu bəyan edib. Buna səbəb isə təxminən 40 yaşında olan tərəfdarın "Nitsa" ilə oyunda rəqibin Qana əsilli italiyalı futbolçusu Mario Balotelliyə qarşı irqçi

Filip Ozobiçə Türkiyə klubundan təklif var

Millimizin baş məşqçisi Robert Prosineçki ilə danışıqları müsbət tamamlamayan "Bursaspor" daha bir xorvatiyalını hədəfə alıb. Offside.com.az xəbər verir ki, "timsahlar" Azərbaycandan əliboş qayıtmaq istəmir. Türkiyə mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi "Qəbələ"dən Filip Ozobiçi heyətinə qatmaq istəyir. Transferin baş tutması üçün qardaş ölkə klubunun "qırmızı-qaralar"a müraciət edəcəyi iddia olunur. Qafqazinfo

Qvardiola “Mançester Siti”də qalır

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubunda qalmaq istəyir. Offside.com.az xəbər verir ki, təcrübəli mütəxəssis klubu ilə 5 illik yeni müqavilə bağlamağı planlaşdırır. Qeyd edək ki, Qvardiola ötən ilin yayından "Mançester Siti"ni çalışdırır. Onun komandası ölkə çempionatında 5-ci pillədə qərarlaşıb.

“İnter”in müdafiəçisi üçün Almaniyadan 2 təklif var

“İnter”in müdafiəçisi Andrea Ranokkiya tezliklə klubunu dəyişə bilər. Offside.com.az xəbər verir ki, italiyalı futbolçu “Volfsburq” və “Hamburq”dan rəsmi təklif alıb. Hər iki Bundesliqa klubu Ranokkiyanın xidmətində maraqlıdır. 28 yaşlı oyunçu özü də “İnter”dən getməkdə maraqlıdır. Cari mövsümdə o, “A” seriyasında cəmi 4 matçda forma geyib. Qeyd edək ki, daha əvvəl Ranokkiyanın xidmətində

De Bur 11 təklifi geri çevirib

“İnter”dən ayrıldıqdan sonra işsiz olan Frank de Bur 11 klubun təklifini geri çevirib.  Offside.com.az xəbər verirr ki, bu haqda holland mütəxəssisin meneceri Qido Albers açıqlama verib: “Hələ ki de Buru qane edən təklif almamışıq. Baxmayaraq ki, güclü klubların da yer aldığı 11 təklifi geri çevirmişik. Həmin təkliflər arasında Bundesliqa, Premyer Liqa,

PSJ-dən yeni transfer

"Benfika"nın futbolçusu Qonsalo Qedeşin PSJ-yə keçidi rəsmiləşib. Offside.com.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər müqavilə imzalanıb. Qeyd edək ki, Fransa mətbuatı bu transfer üçün PSJ-nin "Benfika"ya 30 milyon avro ödədiyini yazıb

Ulduz futbolçunun Azərbaycanda çıxışı yenidən gündəmə gəlib

Azərbaycana gəlmək variantı olan “Partizan”ın hücumçusu Valeri Bojinovun sosial şəbəkədəki son paylaşımı onun klubunu dəyişmək məsələsini yenidən gündəmə gətirib. Offside.com.az xəbər verir ki, bolqarıstanlı futbolçu “İnstagram”da yaydığı şəkillə sanki serb azarkeşlərlə vidalaşıb. Belə ki, o, “Partizan”ın məşqçisi Marko Nikoliçlə birgə çəkdirdiyi şəkli paylaşaraq, “məşqçi, hər şeyə görə sağ ol” sözlərini yazıb.