“Barselona məsələsi artıq mənim üçün bağlanıb”

"Şaxtyor" Donetsk klubunun müdafiəçisi Dario Srna "Barsa"ya transferi haqda gəzən söz-söhbətə aydınlıq gətirdi. "Şaxtaçılar"ın rəsmi saytına müsahibə verən futbolçu bunları deyib: "Bu məsələ artıq bağlanıb. "Barselona" ilə olan danışıqlarım barədə açıqlama vermək istəmirəm, amma onu deyim ki, burada qalmaq qərarını verməyim çox rahat oldu. Hər zaman burada qalmaq istədiyimi bildirmişəm".

Araz ilk qolunu vurdu, “Qəbələ” qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün son yoxlama matçını keçirib.  Offside.com.az xəbər verir ki, “qırmızı-qaralar” Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Roman Qriqorçukun yetirmələrinin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Qəbələ" buna qədər Albaniyanın “Partizani” klubuna 1:2 hesabı ilə uduzub, Rumıniya “Qaz Metan”ını

Yaya Ture son qərarını verdi. Gedir, ya qalır?

Pep Quardiola ilə yaxşı münasibətləri olmayan Yaya Turenin "Mançester Siti"ni bu qış tərk edəcəyi gözlənilirdi. Lakin son vaxtlar daha çox forma şansı tapan afrikalı futbolçu Mançester klubunda qalmağa qərar verib. Qeyd edək ki, Milanın "İnter" və bir çox Çin klubları Yaya ilə yaxından maraqlanırdı.

AFFA Prosineçki məsələsində son sözü dedi

“Prosineçki özü də bu barədə danışıb. O, heç yerə getməyəcək”. Offside,com.az xəbər verir ki, bu sözləri qafqazinfo.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Məmmədov Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”dan təklif almasına münasibət bildirib. O deyib ki, xorvatiyalı mütəxəssisin Türkiyə klubuna keçidi baş tutmayacaq: “Robert Prosineçki müqavilə müddətinin sonuna qədər

Nyanq “Milan”ı tərk edə bilər

"Milan" klubunun baş məşqçisi Vinçentso Montella bu transfer pəncərəsində M'Baye Nyanqın klubu tərk edə biləcəyini açıqlayıb. Montella bu haqda deyib: "Nyanq bizim klubu tərk edə bilər. Hazırda o, bu məsələni rəhbərliklə müzakirə edir. Nyanq "Yuventus"la oyunda iştirak etməyəcək. Bunu dəqiq deyə bilərəm. Nyanqın karyerasında hər zaman düşüşlər olub, amma həmişə çalışmışıq

Didye Droqbanın yeni klubu

Fil Dişi Sahili millisinin sabiq üzvü Didye Droqba karyerasını Avstraliyada davam etdirəcək. Offside.com.az xəbər verir ki, "Montreal İmpakt"dan ayrılan 38 yaşlı hücumçu "Melbrun" klubu ilə anlaşıb. Bu barədə məlumatı klubun prezidenti Bill Papastergiadis yerli mətbuata açıqlamasında verib. O bildirib ki, Droqba ilə bütün məsələlərdə razılıq əldə ediblər: "Ancaq hazırda Avstraliyada transfer pəncərəsi

Türkiyə klubu Reynaldo üçün növbəti dəfə təklif göndərdi

Türkiyənin "Adanaspor" klubunun "Qarabağ"ın futbolçusu Reynaldonu transfer etmək istəyi davam edir. Offside.com.az xəbər verir ki, tərəıflər yenidən danışıqlara başlayıb. Braziliyalı hücumçu ilk təklifi qəbul etməsə də, Super Liqa təmsilçisi bu dəfə daha yaxşı şərtlərlə 27 yaşlı futbolçuya təklif irəli sürüb. Reynaldo tezliklə son qərarını verəcək. Qeyd edək ki, Reynaldonun adı "Gənclərbirliyi" klubu ilə

“Borussiya”da yeni müqavilə

Dortmund "Borussiya"sı futbolçusu Kristian Pulişiçlə yeni müqavilə bağlayıb. Offside.com.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2020-ci ilin yayınadək uzadılıb. Qeyd edək ki, amerikalı futbolçu 2015-ci ildən Bundesliqa təmsilçisində çıxış edir.  O, Dortmund klubunun heyətində 31 oyunda 4 qol vurub.

“Cerrardın yaxşı məşqçi olması üçün əlimdən gələni edəcəyəm”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Sky Sports"un suallarını cavablandırıb. Alman mütəxəssis verdiyi açıqlamalarda Cerrard haqda danışıb. "Cerrardla uzun və maraqlı söhbətimiz oldu. Hər kəs onun necə mükəmməl birisi olduğunu bilir. Mənim üçün Cerrardın gələcəkdə məşqçi olmasını istədiyini deməsi çox vacibdir. Cerrardın yaxşı məşqçi olması üçün əlimdən gələni edəcəyəm. Hal-hazırda o, akademiyada