“Qəbələ”də 2-ci ayrılıq

“Qəbələ” xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə yollarını ayırıb. Offside.com.az xəbər verir ki, futbolçu əsas heyətə düşməkdə çətinlik çəkirdi . O bildirib ki, klubla müqaviləsini sonlandırıb. Xatırladaq ki, “Qəbələ” daha öncə Sadiq Quliyevlə də yolları ayırmışdı.

Kaliniç Çinin təklifini rədd etdi

"Fiorentina"nın futbolçusu Nikola Kaliniç Çinə getməkdən imtina edib. Offside.com.az xəbər verir ki, xorvatiyalı hücumçu İtaliya mətbuatına açıqlamasında Çinin "Tyanzin Teda” klubunun təklifini geri çevirdiyini deyib. "Fiorentina"da qalacam. İtaliyada oynamaq istəyirəm. İki ildir oynadığım bu klubda özümü çox rahat hiss edirəm. Mətbuat məni Çinə "göndərmək" istəyirdi. Elə davranırdılar ki, sanki Çinə getməliyəm". Qeyd edək

İlin futbolçusu terrorçu elan olundu

Misir millisinin sabiq üzvü Mohamed Abotrika ölkəsində terrorçu elan edilib. Offside.com.az xəbər verir ki, onun "Müsəlman Qardaşlar" terror təşkilatı ilə bağlantısı olduğu iddia edilir. Bu səbəbdən yığmanın sabiq üzvünün adı terrorçular siyahısına daxil edilib. İddialara görə, Abotrika 2015-ci ildə yaratdığı "Tours" turizim şirkəti üzərindən "Müsəlman Qardaşlar" təşkilatına pul yardımı edib. Bu səbəbdən

Kamran “Boavişta”nı çətin vəziyyətə saldı

Milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun formasını geyindiyi "Boavişta" klubu Portuqaliya Premyer Liqasının 18-ci turunda "Aroka"nın qonağı olacaq. Offside.com.az xəbər verir ki, ötən qarşılaşmada 3 oyunluq cəzalı duruma düşən Kamran Ağayev sözügedən matçda iştirak etməyəcək. Yeni transfer Vaqner Silvanın isə sənədlərində problemlər yaşandığı üçün "Boavişta" qapıçı sarıdan çətinliklə üzləşib. Portu

“Çelsi” daha bir belçikalını transfer etmək istəyir

"Kristal Palas"ın hücumçusu Kristian Benteke "Çelsi" klubunun "radar"ına düşüb. "ESPN"in verdiyi məlumata görə, Koştanın "zadəganlar"ı tərk edəcəyi təqdirdə, Benteke onun əvəzinə transfer edilə bilər. Buna baxmayaraq, "Kristal Palas"ın baş məşqçisi Sem Ellerdays bu yaxınlarda bildirmişdi ki, Benteke bu qış satılmayacaq.  Futbolçu bu mövsüm "İPL"də 8 qola imza atıb.  

Depay rəsmən “Lion”da!

Memfis Depay rəsmən "Olimpik" Lionun futbolçusu oldu. "Mançester Yunayted" klubunda heç cür əsas heyətdə özünə yer tapa bilməyən holland futbolçunun transferi fransız klubuna 16 milyon avroya başa gəldi. "Qırmızı şeytanlar" istənilən vaxt oyunçunu yenidən transfer edə bilərlər. Qeyd edək ki, Depay yeni klubunda 9 nömrəli formanı geyinəcək.

“Çelsi” türk oyunçunu istəyir

"Çelsi" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. Offside.com.az xəbər verir ki, London klubu "Bayer"in oyunçusu Hakan Çalhanoğlunu transfer etmək istəyir. Komandanın baş məşqçisi Antonio Kontenin istədiyi Türkiyə millisinin yarımmüdafiəçisi üçün "Çelsi"nin 15 milyon sterlinq təklif edəcəyi bildirilib. Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 20 oyunda 5 qol vurub, 6 qol ötürməsi ilə

İlin ən varlı 20 klubu (SİYAHI)

Dünyanın ən böyük audit şirkətlərindən olan Deloitte şirkətinin açıqladığı  20-ci Futbol Pul Liqasının qalibi bəlli oldu. 20. Leicester City   19. Inter   18. West Ham   17. Zenit   16. Milan   15. Roma   14. Schalke   13. Atletico Madrid   12. Tottenham Hotspur   11. Borussia Dortmund   10. Juventus   9. Liverpool   8. Chelsea   7. Arsenal   6. Paris Saint-Germain   5. Manchester City   4. Bayern Münih   3. Real Madrid   2. Barcelona   1. Manchester United   25. Fenerbahçe 157.7 milyon avro 26. Galatasaray 155.9 milyon avro  

Ranokkya “Zenit”ə keçə bilər

İtaliyanın "İnter" klubunun mərkəz müdafiəçisi Andrea Ranokkya "Zenit"in maraq dairəsinə düşüb. "Tuttomercato"nun verdiyi məlumata görə, italyan müdafiəçi bu transfer pəncərəsində Rusiya klubuna keçə bilər. Oyunçu ilə həmçinin "Bolonya", "Sassuolo" və "Hall Siti" kimi klublar da maraqlanır.

Bernardo Silva üçün İngiltərə nəhəngi 70 milyon funt-sterlinq təklif edir

"Monako"nun yarımmüdafiəçisi Bernardo Silva növbəti mövsümdən etibarən karyerasını İngiltərədə davam etdirə bilər. Portuqaliyalı ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır. "Qırmızı şeytanlar" yayda oyunçu üçün 70 milyon funt-sterlinqə heyətinə qatmağı planlayır. Silvanın hazırkı klubu ilə müqaviləsi 2020-ci ildə başa çatacaq.