“Qəbələ” Rumıniya klubunu məğlub etdi

"Qəbələ" Antalya toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxıb. Bu dəfəki rəqib Rumıniyanın “Qaz Metan” klubu idi. Offside.com.az xəbər verir ki, "Qəbələ" bu görüşdə Filip Ozobiçin yeganə qolu ilə qalib gəlməyi bacarıb. Qeyd edək ki, "Qəbələ" Antalyadakı ilk yoxlma görüşündə Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə uduzub.“Qırmızı-qaralar”ın növbəti rəqibi Albaniyanın "Skenderbeu" klubu

“Qarabağ” 26 qat Rumıniya çempionunu məğlub etdi (Video)

“Qarabağ” Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib. Offside.com.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rumıniyanın “Styaua” Buxarest klubu ilə qarşılaşıb. Matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışında keçirdiyi ilk yoxlama matçında Albaniyanın “Skenderbeu” klubuna 1:0 hesabı ilə qalib gəlib. 18:30. “Qarabağ” – “Styaua”

Ulduz futbolçu karyerasını bitirir

"Bavariya”nın  futbolçusu Xabi Alonso karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Offside.com.az xəbər verir ki,  35 yaşlı yarımmüdafiəçi  yayda  yaşıl meydanla vidalaşacaq. İspaniyalı futbolçunun Münhen klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna görə də “Bavariya” Alonsonun son klubu olacaq. Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü  əvvəllər “Real Sosyedad”, “Liverpul” və Madrid “Real”ında çıxış edib.

Ramil oynamadı, “Trabzonspor” xal itirdi

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi  “Trabzonspor”  bu gün Türkiyə kubokunun qrup mərhələsində  növbəti oyununa çıxıb. Offside.com.az xəbər verir ki, qaradənizlilər səfərdə 2-ci liqa təmsilçisi “Gümüşhanespor”un qonağı olub. Oyunda qapılara qol vurulmayıb. Şeydayevin adı “18-lik”də yer alsa da, baş məşqçi ona yenə də şans verməyib.

Qrizmann üçün 100 milyon avroluq təklif

“Mançester Yunayted” “Atletiko”nun hücumçusu Antuan Qrizmanndan əl çəkmir. Offside.com.az xəbər veirr ki, “mankunianlar” fransalı forvard üçün növbəti təklifə hazırlaşırlar. Belə ki, ötən yay Fransa millisinin digər üzvü Pol Poqbanı 105 milyon avroya transfer edən “qırmızı şeytanlar” Qrizmann üçün 100 milyon avro ayırıblar. Bu, maliyyə cəhətdən sıxıntı çəkən “Atletiko” üçün də göydəndüşmə

“Mənim motivasiyam hər zaman “Barsa” və Argentina ilə titul qazanmaqdır”

Leo Messi İngiltərənin idman nəşrlərindən birinə müsahibə verib. Ulduz futbolçu karyerası və gələcək planları haqda danışıb: "Premier Liqada oynamaq istərdimmi? Mən hər zaman demişəm, "Barsa" mənə çox şey verib, burada uzun müddət olmağıma səbəb onlardır. Kriştiano Ronaldo ilə mübarizə məni motivasiya edirmi? Ona hörmətim var. Mən onu çoxlu titullar qazanan möhtəşəm oyunçu

“Benzemanın səhvi? 90 dəqiqə yüksək səviyyədə oynamaq mümkün deyil”

"Real" Madrid klubunun baş məşqçisi Zinədin Zidan "Sevilya" oyun haqda bəzi məqamlara toxunub. "Marca"nın suallarını cavablandıran məşqçi Benzemada heç bir səhv görmədiyini də vurğulayıb: "Benzemanın səhvi? 90 dəqiqə yüksək səviyyədə oynamaq mümkün deyil. Söhbət təkcə top itkisindən getmir. Bütün komanda oyun ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlməyə çalışmalıdır". "Real" Madrid klubu növbəti

“Barselona hər zaman mənim ürəyimdə olacaq”

"Barselona"nın əfsanələrindən olan Rivaldo bu yaxınlarda "Kamp Nou"nu ziyarət edib. Klubun prezidenti Xosep Bartomeu ilə də görüşən braziliyalı jurnalistlərin də suallarını cavablandırıb: "Mən hər dəfə buraya ayaq basanda özümü çox xoşbəxt hiss edirəm. 5 il "Barselona"nın şərəfini qorudum və adımı klubun tarixinə yazdırmağı bacardım. Bu klub hər zaman mənim ürəyimdə olacaq".

Ture Çindən gələn təklifləri rədd etdi

Mançester Siti"nin futbolçusu Yaya Ture Çin klublarının birindən gələn təklifi rədd edib. Offside.com.az xəbər verir ki, 33 yaşlı oyunçu həftəsinə 430 min funt sterlinq qazana biləcəyi təklifi müsbət cavablandırmayıb. Ture Avropada oynamaq istədiyi üçün bu qərarı verib. Qeyd edək ki, Y.Turenin "Mançester Siti" ilə müqaviləsi bu mövsümün sonu başa çatır.