Dünyanın ən bahalı futbolçusu kimdi?

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın ən bahalı futbolçularından ibarət siyahını açıqlayıb. Offside.com.az saytı xəbər verir ki, “10-luq”da “Barselona”nın 3 futbolçusu yer alıb. Maraqlıdı ki, siyahıya nə Lionel Messi, nə də Kriştianu Ronaldo başçılıq edir. Belə ki, ilk pillədə “Barselona”nın braziliyalı hücumçusu Neymar qərarlaşıb. “Sambaçı”nın transfer qiyməti 246,8 milyon avro məbləğində

Sumqayıtdan növbəti məğlubiyyət

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”  qonşu ölkədə bu gün növbəti yoxlama oyununa çıxıb. Offside.com.az xəbər verir ki, komanda Özbəkistanın “Nasaf” klubu ilə üz-üzə gəlib. Görüş "Sumqayıt"ın məğlubiyyəti ilə başa çatıb - 0-1. Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama oyununda "Şkenderbeu" klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.

Giqqz “Çempionşip” klubuna baş məşqçi təyin oluna bilər

"Mançester Yunayted" klubunun canlı əfsanəsi Rayan Giqqz "Çempionşip"də çalışa bilər. Uelsli "Nottingem Forest"in boş qalan məşqçi postuna namizədlərdən biridir.Ondan başqa digər namizədlər arasında  Mayk Felan, Kenni Cekett və Oskar Qarsiyanın adını görə bilərik. "Çempionşip"də keçirdiyi 26 oyundan sonra 27 xal yığan "Nottingem Forest" hazırda 20-ci pillədə qərarlaşıb.

“Bavariya” oyunçusu ilə müqaviləni uzatdı

"Bavariya" klubu komandanın əsas simalarından olan Aryen Robbenlə yeni müqavilə imzalayıb. Klubun rəsmi saytının verdiyi məlumata görə, holland hücumçu ilə olan müqavilənin müddəti 2018-ci ilə kimi uzadılıb. 2009-cu ildə "Real" Madriddən transfer edilən Robben münhenlilərin heyətində meydana çıxdığı 228 oyunda 117 qol vurmağı bacarıb.

“Matç bir qədər gec bitsəydi, biz qalib gələrdik”

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Xuan Mata "Liverpul"la oyundan sonra jurnalistlərin suallarını cavablayaraq oyun haqda fikirlərini bildirib: "Liverpul penaltidən hesabı açdı. Fasiləyə qədər hesabı bərabərləşdirmək üçün qazandığımız şanslardan istifadə edə bilmədik. Oyunun son dəqiqələrində rəqibi qapısına sıxaraq istədiyimiz qolu vura bildik. Əgər oyun bir qədər də uzansaydı, qalib gələ bilərdik. Təəssüflər ki,

Hamit Altıntop görün hansı klubla danışıqlar aparır

"Qalatasaray"dan göndərilən Türkiyə millisinin sabiq üzvü Hamit Altıntopun yeni iş yeri müəyyənləşmək üzrədi. Offside.com.az xəbər verir ki, Altıntop karyerasını Türkiyədə davam etdirəcək. Belə ki, Türkiyə I diviziyasında mübarizə aparan "Bandırmaspor" klubu 34 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başllayıb. Bu barədə məlumatı "Bandırmaspor"un prezident köməkçisi Ömər Beyaz verib. Futbolçunun kluba keçib-keçməməsi yaxın günlərdə müəyyənləşəcək Qeyd

Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı FOTO

Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb. Offside.com..az xəbər verir ki, "golosarmeni.am" saytında "Sumqayıt"dan ayrılan futbolçumuzun Rusiyanın "Anji" klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub. Cavadovun "Anji"dən imtina etməsinə komandanın baş məşqçisinin ermənistanlı Aleksandr Qriqoryan olması səbəb göstərilib. Mənbə xəbərdə "Futbol+" qəzetinin məlumatından istifadə edib. Cavadov bir müddət öncə qəzetə

“Vest Hem” islandiyalı oyunçu üçün 20 milyon avro ödəməyə hazırdır

"Suonsi Siti" klubunun oyunçusu Qilfi Siqurdsson qış transfer dönəmində klubunu dəyişə bilər. "Sunday Express"in verdiyi məlumata görə, islandiyalı yarımmüdafiəçi ilə "Vest Hem" klubu ciddi maraqlanır. Dimitri Payenin ehtimal olunan gedişinə qarşılıq Siqurdssonu heyətinə qatmağı planlaşdıran "çəkicdöyənlər" buna görə qarşı tərəfə 20 milyon avro təklif edir. Bu mövsüm 23 oyunda meydana çıxan Siqurdsson

“Komandamızdan heç kim Çinə getməyəcək”

"Tottenhem" klubunun əsas qol silahı Harri Keyn klubun oyunçularından heç birinin Çinə getməyəcəyinə əmindir. "Goal.com"a müsahibə verən ingilis hücumçu bu haqda belə deyib: "Özünüz də görürsüz ki, komandamız hazırda əla formadadır. Gələcəyimiz işıqlı görünür. Dünyanın ən güclü məşqçilərindən biri bizdədir. Əminəm ki, Poçettinoya Çindən təklif gəlsə belə, o, getməyəcək. Komandamızdan heç