“Neftçi” milli komandanın üzvü ilə müqavilə bağladı

“Neftçi” PFK transfer işlərini davam etdirir. Offside.com.az xəbər verir ki flaqman milli komandamızın üzvü Ruslan Abışovla il yarım müddətinə müqavilə bağlayıb.

“Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ” və “İnter” klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.

65 baxış