“Vest Hem” şotland yarımmüdafiəçini istəyir

“Vest Hem” klubu qış transfer pəncərəsində “Hall Siti”də top qovan Robert Snodqrassı heyətinə qatmaq istəyir. “Sky Sports”un yaydığı məlumata görə, “çəkicdöyənlər” şotland oyunçu üçün “Hall Siti”yə 5 milyon avroluq yeni təklif göndərib.
Bu mövsüm “pələnglər”in heyətində bütün turnirlərdə 29 oyuna çıxan Snodqrass 9 qol vurmağı bacarıb.
31 baxış