“Real” Madriddə ciddi itki

Madrid “Real”ı ciddi itki ilə üzləşib.
Offside.com.az xəbər verir ki, “kral klubu”nun futbolçusu İsko zədə səbəbindən İspaniya kubokunda “Sevilya” ilə cavab oyununu buraxacaq. 24 yaşlı yarımmüdafiəçi La Liqanın 17-ci turunda “Qranada” ilə görüşdə 2-ci hissənin ortalarında zədələnərək meydanı tərk etmişdi. İsko həmçinin sözügedən qarşılaşmada 2 qol da vurmağı bacarmışdı.
Qeyd edək ki, “Sevilya” – “Real” matçı yanvarın 13-ü keçiriləcək. İskodan əlavə zədələri davam edən Qaret Beyl, Lukas Vaskez, Mateo Kovaçiç də qarşılaşmanı buraxacaq.
2. 106 baxış