Maykl Oven yazdığına peşman oldu

“Real Madrid” klubunun son oyunu zamanı klubun futbolçusu Kriştiano Ronaldo 4-cü “Qızıl Top” mükafatını azarkeşlərə və mediaya təqdim etdi. Bu təqdimat mərasimində həmçinin klubun əfsanələri olan Ronaldo Nazario, Luiş Fiqo, Maykl Oven və Gento da iştirak etdilər. Oyundan sonra Maykl Oven öz sosial şəbəkə hesabından maraqlı və zarafatyana paylaşım edib, lakin bu paylaşımına da “peşman olub”.
Ovenin paylaşımına braziliyalılardan cavab gəldi.
Maykl Oven: “Köhnə dostum Ronaldonu görənə qədər, kökəldiyimi düşünürdüm”
Ronaldo Nazario: “Yaşadığımız dünyada mənim çəki artımımın nə dərəcədə vacib məsələ olmasına görə şokdayam”
Roberto Karlos: “Mən bu tip zarafatları sevmirəm. Ronaldo mənim yaxın dostumdur və biz diqqətli olmalıyıq. Ronaldo barədə vacib olan şey onun bədəni deyil, onun ürəyidir. O, böyük ürəyə sahibdir”.
3. 039 baxış