“Marsel” keçmiş oyunçusuna görə 40 milyon avro ödəməyə hazırdır

“Vest Hem”in yarımmüdafiəçisi Dimitri Paye keçmiş klubuna qayıda bilər. “Goal.com”un verdiyi məlumata görə, “Olimpik” Marsel 29 yaşlı oyunçu üçün londonlulara 40 milyon avroluq təklif göndərib.
Bu mövsüm “çəkicdöyənlər”in heyətində 18 oyuna çıxan Paye 2 qol vurub və 9 assist edib.
67 baxış