Makelele “Suonsi”nin məşqçilər heyətinə daxil oldu

Keçmiş fransız yarımmüdafiəçi Klod Makelele bundan sonra “Suonsi Siti”də məşqçi kimi çalışacaq. Bu haqda məlumatı klubun rəsmi Twitter səhifəsi yayıb. 43 yaşlı fransızla razılaşma mövsümün sonunadək nəzərdə tutulub. Qeyd edək ki, Makelele ötən mövsüm “Monako”da direktor vəzifəsini icra edirdi.
35 baxış