Gün ərzində “Çelsi” klubu yeni layihəsini təqdim edəcək.

İngiltərənin “Çelsi” klubunun stadionu olan “Stemford Bridc” stadionu hazırda 41.000 tamaşaçı tutumuna malikdir. Klub rəhbərliyi artıq stadionu yeniləməyin vaxtının gəlib-çatdığını düşünür. Onlar stadionun yenidənqurması və dəyişiklikləri üçün yeni plan da hazırlayıblar və gün ərzində bu planı konsulluğa təqdim edəcəklər. Yeni layihənin 500 milyon funta başa gələcəyi bildirilir. Stadionun yenidənqurması tamamlandıqdan sonra, tutumu 60.000 nəfərə çatdırılacaq.
69 baxış