“Güclü məşqçiyə malik ciddi kluba gəlmişəm”

Çernoqoriyalı hücumçu Stevan Yovetiç “Sevilya”ya keçidi barədə danışıb. Futbolçu bunları deyib:
“Çempionlar Liqasında çıxış edən ciddi bir kluba gəlmişəm. Komanda yetərincə güclüdür, güclü məşqçiyə malikdir və “La Liqa”da yüksək yerlər uğrunda mübarizə aparır.İspan dili? Uşaqlıqda seriallara baxa-baxa bu dili öyrənmişəm”.
“İnter”dən transfer edilən Yovetiçin “Sevilya” ilə müqaviləsi 2017-ci ilədək nəzərdə tutulub.
55 baxış