Eks-“Real Madrid”li futbolçu keçmiş klubu haqqında danışdı.

Bildiyimiz kimi, “Real Madrid” klubu “Kastilla”da çıxış edən futbolçusu Martin Ödeqardı Hollandiyanın “Herenveen” klubuna icarəyə yolladı. Buna səbəb kimi isə, rəhbərlik oyunçunun daha çox forma şansı tapa bilməsi və formda qalması üçün yolladıqlarını bildirdi. Ödeqard isə sabiq klubu ilə bağlı fikirlərini bölüşüb:

“Mən “Real Madrid”i inkar edə bilmərəm, çünki, mən Dünyada ən yaxşı klubda çıxış etdim. Orada inkişaf etmək cavan bir istedad üçün çox yaxşıdır. Başqa bir komandaya keçməyi isə özüm istədim, çünki daha çox oyunlarda iştirak edim, gələcəkdə tam forma yığmış şəkildə “Real Madrid”ə qayıtmağı planlayıram”.

85 baxış