“Barselona” təsdiqlədi – futbolçusu “Atletik Bilbao” ilə cavab görüşü üçün heyətə daxil edildi

Bildiyimiz kimi, bu gecə İspaniyada “Kral Kuboku” oyunları çərçivəsində 1/8 final mərhələsinin cavab gprüşləri keçiriləcək. Bu görüşlərdən biri də prinsipiallığı ilə diqqət çəkən “Barselona” – “Atletik Bilbao” görüşü olacaq. Tərəflər arasında ilk görüş 1-2 hesabı ilə “Atletik Bilbao” klubunun qələbəsi ilə yekunlaşmışdı. Bu dəfə isə tərəflər “Kamp Nou”da qalibə aydınlıq gətirəcək. Bu görüş üçün İvan Rakitiç də siyahıya daxil edilib. Bundan əlavə, zədəsini sağaldan qapıçı Yasper Çilessen də komandanın heyətinə daxil edilib.
224 baxış