“Qırmızı şeytanlar” “Monako”ya daha 10 milyon avro ödəyə bilər

“Mançester Yunayted” klubu “Monako”ya daha 10 milyon avro ödəyə bilər. Bu, Marsialın klubun heyətində daha 2 qol vuracağı təqdirdə baş verəcək. Marsialın “Mançester Yunayted”lə müqaviləsində göstərilən bəndə əsasən, o, hazırkı komandasında 25 qol vuracağı halda, ingilislər “Monako”ya əlavə 10 milyon avro ödəməli olacaqlar. Hazırda isə fransız hücumçunun aktivində 23 qol var.

 

67 baxış