Qabbiadini “Napoli”ni tərk edir

“Napoli” klubunun hücumçusu Manolo Qabbiadini bu transfer pəncərəsində klubu tərk edəcək. Bu haqda oyunçunun agenti Silvio Palyari açıqlama bildirib:
“Qərar qəbul edilib, Manolo klubu tərk edir. Daha ətraflı gələn həftənin sonunda nəsə demək olacaq. O, çox güman ki “İPL” ya da “Bundesliqa” klublarından birinə keçəcək”.
Hazırda Qabbiadini ilə “Vest Bromviç”, “Sauthempton” və “Volfsburq” klubları yaxından maraqlanır.
85 baxış