Obameyanq Bundesliqanın ən yaxşısıdır!

Almaniya bundesliqasında 2016/2017 mövsümünün ilk yarısının ən yaxşı futbolçusu müəyyənləşib.
Offside.com.az xəbər verir ki, “Kicker” dərgisinin bundesliqada oynayan 238 futbolçu arasında keçirilən sorğunun nəticələrinə əsasən, Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq mövsümün ilk yarısının ən yaxşı oyunçusu seçilib. O, səslərin 33.6 faizini toplayıb.
Emil Forberg (“Leyptsiq”) ikinci (23.1 faiz), Robert Levandovski (“Bavariya”) üçüncü  (14.3) olub.

qol.az

68 baxış