Məsut 10 nömrəni istəyir

“Arsenal”ın futbolçusu Məsut Özil London klubunda 10 nömrəli formanı geymək istədiyini açıqlayıb.
Offside.com.az xəbər verir ki, Almaniya millisinin üzvü “Arsenal”a gəldiyi gündən bu arzuda olduğunu bildirib:
“Mən həmişə bunu istəmişəm. Klubda da bunu bilirdilər. Ancaq mən 2013-cü ildə “Arsenal”a gələndə 10 nömrə Uilşerə məxsus idi. Klubdan mənə dedilər ki, Uilşer komandadan gedən kimi 10 nömrəli forma sənə veriləcək.  İndi Uilşer “Bornmut”a icarəyə verilib. Ancaq mən hələ 10 nömrəni almamışam”.
Qeyd edək ki, türk əsilli yarımmüdafiəçi “Arsenal”da 11, Almaniya millisində isə 8 nömrəli forma ilə çıxış edir.

qol.az

110 baxış