Kintana “Sauthempton”un futbolçusundan geri qaldı: 2-ci oldu

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana bu mövsüm Avropa Liqasında ən çox uğurlu driblinq yarımmüdafiəçilər arasında yer alıb.
Offside.com.az xəbər verir ki, ispaniyalı ən çox rəqibini keçən 2-ci futbolçu olub. Kintana 15 mübarizədən qalib ayrılıb.
İlk pillədə isə “Sauthempton”un futbolçusu Natan Redmondur. 22 yaşlı ingiltərəli 17 uğurlu driblinq edib. 3-cü yerdə isə “Qarabağ”ın qrupdakı rəqibi olan PAOK-un futbolçusu Qarri Rodrigesdir. Yunanıstan klubunu “Qalatasaray”a dəyişən Rodriges 14 uğurlu cəhdlə yadda qalıb.
Xatırladaq ki, Dani Kintana qrup mərhələsinin 3-cü turunda PAOK-la oyundan sonra həftənin futbolçusu seçilmişdi.

sportal.az

3,391 baxış