“İnter”in də səfəri təxirə salındı

“İnter”in qış hazırlıq proqramında dəyişiklik edilib. Offside.com.az xəbər verir ki, “bankirlər”in Antalya səfəri təxirə salınıb.
Paytaxt təmsilçisi bu gün səhər saat 08:00-da Bakı-İstanbul-Antalya reysi ilə hərəkət etməli idi. Lakin İstanbulda yağan güclü qar “İnter”in proqramına da təsirini göstərib. İstanbula, eləcə də, ordan başqa yerlərə uçuşlar dayandırıldığından, Zaur Svanadze bugünkü məşqi də kubun bazasında keçməli olacaq.
Komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov səfərin sabah səhər saatlarına planlaşdırıldığını bildirib. Ancaq o, sabahkı hava şəraitindən də çox şey asılı olacağını vurğulayıb: “İstanbulla müntəzəm əlaqədəyik. Əgər sabah uçuşa icazə verilsə, o zaman Türkiyəyə yollanacağıq”.
Qeyd edək ki, “Qəbələ” də eyni səbəbdən səfərini sabaha təxirə salıb.

apasport.az

47 baxış