Fransada ilin ən yaxşı məşqçisi müəyyənləşdi

“France Football” nəşri 2016-cı ilin ən yaxşı fransız məşqçisinin adını açıqlayıb.
Offside.com.az xəbər verir ki, qəzetin versiyasına əsasən, “Real”ın çalışdırıcısı Zinəddin Zidan ötən ilin ən yaxşı fransız məşqçisi seçilib. Zidan ötən il “Real”la Çempionlar Liqasını, Avropa superkubokunu və klublararası dünya çempionatını qazanıb.

Qeyd edək ki fransalı çalışdırıcı FİFA ilin ən yaxşı məşqçisi mükafatında isə Klaudio Ranierinin ardından 2-ci olub.

98 baxış