“Firmino problemlərin öhdəsindən rahatlıqla gəlir”

“Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp komandanın oyunçusu Roberto Firmino haqda danışıb. Son vaxtlar başı problemlərdən ayılmayan oyunçu haqda alman mütəxəssis bunları deyib:
“Nə deyə bilərəm? Hazırda Firmino çətin perioddan keçir, ancaq o, problemlərin öhdəsindən rahatlıqla gələ bilir. Roberto meydançaya çıxanda bütün fikrini oyuna cəmləyir və başqa heç bir şey haqda düşünmür. Bu, onun gücündən xəbər verir”.
74 baxış