“Düşünürəm ki, mən artıq futbol tarixinə keçmişəm”

“FIFA İlin Ən Yaxşı Futbolçusu” mükafatını qazandıqdan sonra Kriştiano Ronaldo öz fikirlərini FIFA-nın rəsmi saytı ilə bölüşüb:
“Düşünürəm ki, mən artıq futbol tarixinə keçmişəm. Mən buna nail olmaq üçün hələ uşaqlığımdan çalışmışam. Sadəcə futbolçu olmaq üçün yox, ən yaxşılardan olmaq üçün hər zaman çalışmışam. Və bu, məndə alınıb. Nailiyyətlərin sənin kimliyindən xəbər verir: komanda uğurları, şəxsi mükafatlar, şəxsi rekordlar. Bununla fəxr edirəm və bu, məni daha çox çalışmaq üçün motivasiya edir.
Bu il mənim bütün arzularım çin oldu. Kollektiv oyun, invidual uğurlar, klubla və yığma ilə nəticələr – hamısı müsbət yekunlaşdı.
2017-ci il üçün hədəflərim? Hər zaman nə idisə, odur. Bu il də çoxlu kubok qazanmaq istəyirəm. Yeni kuboklar, yeni qollar. Bacardığım qədər komandama yardım etmək və qələbələr qazanmaq istəyirəm”.
1. 354 baxış