“Barselona öz oyunçularını qala gecəsinə göndərməməklə səhv etdi”

“Real” Madridin keçmiş oyunçusu Miçel Salqado “FIFA” mükafatlandırması haqda fikirlərini media ilə bölüşdü. O, “Barselona” rəhbərliyinin öz oyunçularını qala gecəsinə buraxmamaqla böyük səhv etdiyini düşündüyünü bildirib:
“Real Madrid hazırda dünyanın ən güclü komandasıdır. Ola bilər bu, “Barselona” klubunun futbolçularının qərarına təsir etdi. Klub öz oyunçularını qala gecəsinə göndərməməklə səhv etdi.
“Barselona”nın FIFA ilə keçmişdə problemlərinin olduğu mənə aydındır, ancaq onlar bunu bilməlidirlər ki, FIFA ildən-ilə dəyişir”.
109 baxış