Azərbaycan – Almaniya oyununa biletlərin satışı başladı

Offside.com.az xəbər verir ki, FİFA-2018 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı bu gündən etibarən başlayır. Bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.

Biletləri http://tickets.affa.az/ ünvanından əldə etmək olar. Biletlərin kassalarda satışı  fevralın 1-dən etibarən həyata keçiriləcək.

462 baxış