“65 yaşım var və hər şey mənim üçün hələ indi başlayır”

“Lester” klubunun baş məşqçisi Klaudio Ranyeri ötən gecə Sürix şəhərində keçirilən mükafatlandırılmada İlin Məşqçisi mükafatına layiq görüldü. İtalyan mütəxəssis qala gecəsi başa çatdıqdan sonra jurnalistlərin suallarına cavab verib:
“Bu, möhtəşəm bir gecə idi. Mən burada futbol əfsanələri ilə yanaşı durmuşam və belə bir mükafata layiq görülürəm. Ağlımı itirmiş kimiyəm. Hər kəsə təşəkkürlərimi bildirirəm. Əsasən də həyat yoldaşıma, agentimə və futbolçularıma təşəkkürümü bildirirəm. Onlarsız heç nəyə nail ola bilməzdim.
Dani Alveş deyib ki, 30 yaşdan sonra da öyrənməli çox şey var. Mənsə indi 65 yaşındayam. Mənim üçün hər şey hələ indi başlayır”.
60 baxış